...

Azərbaycan Ermənistandan sülh müqaviləsi mətninin bəndləri ilə bağlı konkret addımlar gözləyir - XİN

Siyasət Materials 25 Aprel 2025 13:35 (UTC +04:00)
Azərbaycan Ermənistandan sülh müqaviləsi mətninin bəndləri ilə bağlı konkret addımlar gözləyir - XİN
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Ermənistandan sülh müqaviləsinin mətnindəki bəndlər üzrə konkret addımlar atmasını gözləyir.

Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə birgə mətbuat konfransı zamanı deyib.

"Biz Ermənistandan sülh müqaviləsinin yekun mətninin bəndləri, xüsusilə konstitusiyaya dəyişikliklər və ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı konkret addımlar gözləyirik", - o qeyd edib.

"Azərbaycanın mövqeyi dəyişməzdir və beynəlxalq hüquqa əsaslanır. Əsas məsələ Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozan, habelə ona qarşı ərazi iddialarını ehtiva edən müddəaların Ermənistan Konstitusiyasından çıxarılmasıdır.

Bundan başqa, İrəvanın fəaliyyəti faktiki olaraq dayandırılmış ATƏT-in Minsk Qrupunun rəsmən buraxılması üçün konkret addımlar atacağı gözlənilir", - deyə XİN rəhbəri əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti