Bakı. Trend:
“Hava gəmilərinin dövlət qeydiyyatının və uçotunun aparılması, mülki hava gəmilərinin dövlət reyestrinə daxil edilməsi və çıxarılması Qaydası” təsdiqlənib.
Trend xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, hava gəmilərinin dövlət qeydiyyatının və uçotunun aparılmasını aşağıdakı qurumlar həyata keçirəcək:
- dövlət aviasiyasına aid hava gəmilərinə münasibətdə - Müdafiə Nazirliyi;
- mülki aviasiyaya aid hava gəmilərinə münasibətdə - Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi;
- mülki eksperimental aviasiyaya aid hava gəmiləri üzrə - Dövlət Mülki Aviasiya Agentliyi, dövlət eksperimental aviasiyasına aid hava gəmiləri üzrə - Müdafiə Nazirliyi.