Bakı. Trend:
Türkiyə 2025-cü ilin mart ayında İrana xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz azalaraq, 2 milyon 602 min 98 dollara çatdırıb.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – mart aylarında Türkiyədən İrana xalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 22,3 faiz artaraq, 8 milyon 184 min 14 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz azalaraq, 691 min 398 dollara bərabər olub.
“Bu ilin mart ayında Türkiyə 234 min 490 dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 5,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2025) Türkiyə 2 milyon 812 min 258 dollar məbləğində xalça ixrac edib.