...

PUA-ların istismarı, qeydiyyata alınması və kateqoriyalara bölünməsi qaydaları təsdiqləndi

Cəmiyyət Materials 25 Aprel 2025 15:46 (UTC +04:00)
PUA-ların istismarı, qeydiyyata alınması və kateqoriyalara bölünməsi qaydaları təsdiqləndi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Mülki pilotsuz uçuş aparatlarının istismarı, qeydiyyata alınması və kateqoriyalara bölünməsi Qaydaları” təsdiqlənib.

Trend xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, PUA-ların qeydiyyatını, eləcə də, əməliyyat icazəsinin, PUA sistemlərinin istismarçısı sertifikatının və pilot (operator) şəhadətnaməsinin verilməsini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi həyata keçirəcək.

PUAS-ın (PUA sistemləri - red.) istismarı ilə bağlı fəaliyyət elektron portal vasitəsilə həyata keçiriləcək.

Bu qaydaların müddəaları maksimal qalxma kütləsi 0,25 kq-dən az olan və fərdi məlumatları toplamaq imkanına malik olan cihazlarla təchiz olunmamış, habelə uşaqların istifadəsi üçün nəzərdə tutulmuş oyuncaq PUA-lar və uçuş zamanı pilot (operator) tərəfindən idarə edilməsi mümkün olmayan tam avtonom PUA-lara şamil edilmir.

Xəbər lenti

Xəbər lenti