Bakı. Trend:
Özbəkistan ekoloji təmiz yanacağın inkişafına xüsusi önəm verməklə mazut idxalını məhdudlaşırır.
Trend xəbər verir ki, bunu “PanAsia Group” şirkətinin kommersiya direktoru Rüstəm Nurbayev Bakıda keçirilən Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Logistika Forumunda etdiyi çıxışda bildirib.
Onun sözlərinə görə, hal-hazırda Özbəkistanın neft-qaz sekotuna qoyulan investisiyaların həcmi daxili tələbatın ödənilməsi üçün kifayət etmədiyindən, bu müxtəlif növ yanacaq, o cümlədən mazut və dizel yanacağının idxalı zərurəti yaradır. Nurbayev bildirib ki, 80 markalı benzin və aşağı keyfiyyətli dizel kimi köhnəlmiş yanacaq növblərindən istifadə, ekologiyaya ziyan vurur və hökumət bu problemlə fəal şəkildə mübarizə aparır.
2023-cü ildə Özbəkistan, xüsusilə Rusiyadan 700 mindən çox mazut idxal edib. Yüksək kükürd miqdarı olan mazut ətraf mühitin çirklənməsini daha da kəskinləşdirib. Bu çağırışlara cavab olaraq, 2024-cü ildə hakimiyyət mazutun idxalını məhdudlaşdırıb, 2025-ci ildə isə tədarük həcmlərində əhəmiyyətli dəyişikliklərin baş verəcəyi gözlənilir.
R. Nurbayev neft emalı zavodlarının inkişafı ilə əlaqədar olaraq, Özbəkistanın daha ekoloji cəhətdən təmiz yanacaq növlərinin, o cümlədən Aİ-92 markalı benzinin istehsalına keçəcəyinə əminliyini ifadə edib. Bununla yanaşı, daxili bazarda maliyyə mexanizmləri ilə bağlı mövcud problemlər sahəyə investisiyaların cəlb olunmasında ciddi maneə olaraq qalır və hökumət onların həlli üzərində aktiv işlər aparır.