...

Paytaxtın iki rayonunda oğurluq edən şəxslər saxlanılıb

Gündəm Materials 25 Aprel 2025 11:43 (UTC +04:00)
Paytaxtın iki rayonunda oğurluq edən şəxslər saxlanılıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Xəzər rayonu ərazisində yerləşən marketlərin birindən oğurluq edilib və nəticədə zərərçəkənə 1700 manat maddi zərər vurulub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törədən 23 yaşlı R.Əlizadə və 20 yaşlı İ.Xəmmədli müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, Xətai rayonunda yerləşən avtoyuma məntəqələrinin birindən 790 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən 28 yaşlı E.Məmmədli də saxlanılıb.

Araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti