...

15 saylı Birləşmiş Şəhər Xəstəxanası Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin balansına verilib

Cəmiyyət Materials 17 İyun 2006 12:13 (UTC +04:00)

Azərbaycan Nazirlər Kabinetinin sərəncamı ilə Badamdar qəsəbəsində yerləşən və Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin balansında olan 15 sayı Birləşmiş Şəhər Xəstəxanası Milli Təhlükəsizlik Nazirliyinin balansına verilib. Trend in xəbər verdiyi kimi, bu barədə Səhiyyə Nazirliyinin iyunun 17-də yayılmış məlumatında deyilir.

Qərar 2005-ci ildə müəssisənin qeyri-rentabelli fəaliyyəti ilə əlaqədar və MTN kontingentinə səviyyəli tibbi xidmətlərin təşkili məqsədilə qəbul olunub. Ötən il xəstəxananın ginekoloji şöbəsində hər çarpayı 28 gün (8,2%), terapevtik şöbədə - 27 gün (7,9%) işləyib. Bütövlükdə çarpayılar 61 gün ərzində işləyib ki, bu da normativ planın cəmi 17%-ni təşkil edir.

Hazırda ərazidə yaşayan əhali qəsəbənin digər poliklinikalarında ambulator-poliklinik xidmət almaq imkanına malikdir. Onlar ixtisaslaşdırılmış stasionar xidmətləri isə şəhərin çoxsaylı klinika və xəstəxanalarında ala bilər. Yaxın vaxtlarda qəsəbədə təcili tibbi yardım köməkçi stansiyasının istismara verilməsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti