Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Pekində keçirilən dünya birinciliyində 4 medal qazanan Yunan-roma, sərbəst və qadın güləşi üzrə Azərbaycan gənclər yığmasının şərəfinə Gənclər və İdman Nazirliyində təntənəli mərasim keçirilib.
Trend xəbər verir ki, nazir müavini İsmayıl İsmayılov qeyd edib ki, pəhlavanlar ümumi komanda hesabında beşinci yeri tutmaqla milli güləş tariximizdə yeni bir parlaq səhifə yazıblar. "Bu uğur Bakıda olimpiya lisenziyalarının veriləcyi dünya çempionatı öncəsi xüsusilə əhəmiyyətlidir. Sizin bir çoxlarınız yaşınıza görə xalı üzərinə çıxa bilməsəniz də, 2012-ci il London oyunlarına yer qazanmaq üçün komandanın özəyini təşkil edəcəksiniz",-deyə İ.İsmayılov qeyd edib.
O həmçinin qeyd edib ki, ilin yekunu üzrə azərbaycanlı güləşçilər mütləq layiqincə qiymətləndiriləcəklər.