Azərbaycan, Bakı, 15 may /Trend/
Almaniyalı mütəxəssis Tomas Şaaf 14 il işlədikdən sonra "Verder" klubunda baş məşqçi postundan gedir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü klub məlumat yayıb.
"Verder" klubunun meneceri Tomas Ayxin bildirib ki, klubun müvəffəqiyyətləri təhlil edilib və "nəticəyə gəldik ki, yeni mərhələyə başlamaq lazımdır".
Bununla yanaşı qeyd edilir ki, 52 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında pozulub.
İstefaya səbəb bu mövsüm "Verder"in uğursuz çıxışı olub. Belə ki, komanda birinciliyin bitməsinə son iki tur qalmış ikinci diviziona düşməkdən özünü xilas edə bilib. Klub sonuncu dəfə 2013-cü ilin fevralında qələbə qazanıb.
"Verder" sonuncu dəfə 2003/2004-cü il mövsümündə Almaniya çempionu olub və sonrakı dörd il ərzində ilk üçlükdə qərarlaşıb.