...

İbrahimoviçin evinin yaxınlığında qumbara tapılıb

İdman Materials 13 Yanvar 2015 20:19 (UTC +04:00)
Zlatan İbrahimoviçin evinin yaxınlığında qumbara tapılıb.
İbrahimoviçin evinin yaxınlığında qumbara tapılıb

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir Məftun Salmanov/

Malmö polisi Fransanın "PSJ" klubunun futbolçusu Zlatan İbrahimoviçin evinin yaxınlığında qumbara tapıb.

Trend-in Rusiya mətbuatına istinadən verdiyi məlumata əsasən, polislər qumbaranı zərərsizləşdirdikdən sonra villanın ətrafını mühasirəyə alıblar.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Versiyalardan birinə görə, hadisənin arxasında heyvan hüquqlarının müdafiəçiləri dayana bilər. Belə ki, Z.İbrahimoviç Yeni il bayramı günlərində ov zamanı 500 kq-lıq sığın vurmuşdu. Bu hadisə İsveçdə heyvan müdafiəçiləri tərəfindən kəskin tənqid olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti