Azərbaycan, Bakı, 10 aprel /Trend/
Fransanın PSJ Futbol Klubunun hücumçusu Zlatan İbrahimoviç Fransanı təhqir ittihamı ilə ölkə çempionatının dörd görüşündən diskvalifikasiya olunub.
Trend "France Press"ə istinadən xəbər verir ki, futbolçu "Bordo" ilə səfər görüşündən (2:3) sonra qalmaqallı açıqlama verərərək "Fransa PSJ kimi kluba layiq deyil" deyib.
Bir müddət sonra isə Z.İbrahimoviç ölkəni və hakimləri təhqir etmək istəmədiyini bildirib və fikirlərinin ancaq futbolla bağlı olduğunu vurğulayıb.