...

Azarkeşlər klubları 5600 manat ziyana saldılar

İdman Materials 4 Oktyabr 2016 18:58 (UTC +04:00)
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Azarkeşlər klubları 5600 manat ziyana saldılar

Bakı. Trend:

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda Premyer Liqanın VII turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.

Sentyabr 30-da Premyer Liqanın VII turunun “İnter” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 90+1-ci dəqiqəsində “İnter” klubunun texniki zonasından meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.

Oktyabrın 1-də “Sumqayıt” – AZAL matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Neftçi” – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 57-ci və 78-ci dəqiqəsində “Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.

Oktyabrın 2-də “Qəbələ” – “Qarabağ” matçının 40 -cı dəqiqələrində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra “Qəbələ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti