...

Azarkeşlər "Neftçi"ni ziyana saldılar

İdman Materials 31 Yanvar 2017 16:43 (UTC +04:00)
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Azarkeşlər "Neftçi"ni ziyana saldılar

Bakı. Trend:

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda Premyer Liqanın 15-ci turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.

Yanvarın 28- Premyer Liqanın XV turunun “Qəbələ” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Yanvarın 29-da Premyer Liqanın XV turunun “Qarabağ” – “Neftçi” matçı ilə bağlı isə aşağıdakı qərarlar qəbul edilib:

- Oyunun 20-ci dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunur;

- Oyunun 67-ci dəqiqəsində “Neftçi” klubunun 17 №-li futbolçusu Rəhman Hacıyevə simuliyasiyaya görə göstərilmiş sarı vərəqə hakim tərəfindən epizodun düzgün qiymətləndirilməməsi səbəbindən ləğv olunur;

- Oyun bitdikdən sonra müəyyən olunub ki, “Neftçi” klubunun azarkeşləri tərəfindən stadionun 9 oturacağı sındırılıb və yararsız vəziyyətə düşüb. Dəymiş zərərə uyğun olaraq, “Qarabağ” FK klubunun təqdim edəcəyi məbləğ “Neftçi” klubu tərəfindən ödəniləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti