...

Azərbaycan voleybolçuları İtaliya yığmasına uduzub (FOTO)

İdman Materials 18 Sentyabr 2017 20:08 (UTC +04:00)
Bu gün Milli Gimnastika Arenasında voleybol üzrə Avropa Çempionatı ərəfəsində Azərbaycan və İtaliya yığma komandaları arasında yoldaşlıq görüşü keçirilib.
Azərbaycan voleybolçuları İtaliya yığmasına uduzub (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Bu gün Milli Gimnastika Arenasında voleybol üzrə Avropa Çempionatı ərəfəsində Azərbaycan və İtaliya yığma komandaları arasında yoldaşlıq görüşü keçirilib.

Trend-in məlumatına görə, birinci hissə 25:18 hesabı ilə italyanların xeyrinə başa çatıb.

Faiq Qarayevin yetirmələri ikinci hissədə uzun müddət irəlidə olsalar da, sonda İtaliya yığması 25:21 hesabı ilə gedişi öz xeyirlərinə dəyişə bilib.

Üçüncü hissə 26:24 hesabı ilə Azərbaycan voleybolçularının xeyrinə başa çatsa da, dördüncü hissədə italyanlar 25:14 hesabı ilə yenə də irəlidə olublar.

Yoldaşlıq görüşü 3:1 hesabı ilə italyanların qələbəsi ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti