Bakı. Trend:
İngiltərənin "Mançester Yunayted" klubunun oyunçusu Zlatan İbrahimoviç ABŞ-ın "Los Anceles Qalaksi" komandası ilə müqavilə imzalayıb.
Trend-in məlumatına görə, Z.İbrahimoviçin MLS liqasının klubu ilə 3 həftə əvvəl müqavilə imzaladığı bildirilir.
36 yaşlı İsveç futbolçusunun "Mançester"lə müqaviləsinin müddəti iyunun 30-da bitir. Bununla belə, onun "Los Anceles"ə martda MLS-in yeni mövsümünün əvvəlində, yoxsa İngiltərə klubu ilə müqaviləsi başa çatandan sonra keçəcəyi dəqiq bilinmir.
Xatırladaq ki, Z.İbrahimoviç cari mövsümdə "Mançester Yunayted"də 7 oyun keçirib, bir qol vurub.