...

"Barselona" Qrizmanın transferini DÇ-2018-ə qədər elan edəcək

İdman Materials 17 May 2018 23:44 (UTC +04:00)
"Barselona" "Atletiko"nun hücumçusu Antuan Qrizmanın transferini reallaşdırmağa yaxındır
"Barselona" Qrizmanın transferini DÇ-2018-ə qədər elan edəcək

Bakı. Trend:

"Barselona" "Atletiko"nun hücumçusu Antuan Qrizmanın transferini reallaşdırmağa yaxındır.

Trend-in "Sports.ru"ya istinadən verdiyi məlumata görə, klub yaxın zamanda müqavilənin qalan detalları razılaşdırmaq niyyətindədir və transferi yaxın iki həftə ərzində elan etməyə hazır olacaq.

Hazırda Qrizmanın "Barselona"ya keçidinə yalnız onun özü mane ola bilər. Əgər Fransalı hücumçu "Barselona"ya keçməkdən imtina edərsə o kluba 20 milyon avro cərimə ödəməli olacaq. Bu , tərəflər arasında ilkin razılaşmanın bəndlərindən biridir.

Transferin qiymətinə gəldikdə, "Barselona" Qrizmana görə "Atletiko"ya yaxşı münasibətlərin saxlanılması üçün 115 milyon avro ödəməyə hazırdır. Əgər "Atletiko" hücumçunu satmaqdan imtina edərsə, "Barselona" Qrizmanın hazırda çıxış etdiyi klub ilə razılaşmasında yazılan 100 milyon avronu ödəyib transferi həyata keçirəcək.

Transfer iyulun 1-i yay transfer pəncərəsinin ilk günü rəsmiləşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti