...

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Yelkənli Qayıq Yarışı keçirilib (FOTO)

İdman Materials 11 May 2019 21:05 (UTC +04:00)
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Yelkənli Qayıq Yarışı (“Baku Sailing Regatta-2019”) keçirilib.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Yelkənli Qayıq Yarışı keçirilib (FOTO)

Bakı. Trend:

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Yelkənli Qayıq Yarışı (“Baku Sailing Regatta-2019”) keçirilib.

Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən idman siyasəti, bu sahədə qazanılan nailiyyətlər sayəsində ölkəmiz beynəlxalq səviyyədə nüfuzlu dövlətlərdən biri kimi qəbul olunur. Dövlətimizin diqqət və qayğısı ilə əhatə olunan idmançılarımız da bu etimadı layiqincə doğruldurlar. Elə bir mötəbər yarış yoxdur ki, orada ölkəmizi təmsil etməsinlər, medal və mükafatlar qazanmasınlar. Bu həm də müstəqil Azərbaycan dövlətinin gücünü, idmançılarının vətənpərvərliyini göstərir. Sevindirici və qürurverici haldır ki, beynəlxalq yarışlarda uğur qazanan, Azərbaycanı layiqincə təmsil edən idmançılar sırasında yelkənçilər də var.

Azərbaycanda idmanın inkişafında danılmaz rolu olan, gələcək nəsillərin sağlam ruhda böyüməsi üçün hər zaman səylərini səfərbər edən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Azərbaycan Yelkənli İdman Federasiyasının (AYİF/SFA) və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) birgə təşkilatçılığı ilə 9 may tarixində Bakı buxtasında start verilən Yelkənli Qayıq Yarışı (“Baku Sailing Regatta-2019”) bu gün yekunlaşıb.

Ümumilikdə 30 yelkənçinin iştirak etdiyi yarışda idmançılar “Optimist”, “Laser-standard”, “Laser 4.7” “Laser-radial” sinifləri üzrə mübarizə aparıblar.

Final günündə Dənizkənarı Milli Parkda müxtəlif əyləncəli proqramlar, oyunlar və viktorinalar təşkil olunub. Bununla yanaşı yarışı daha yaxından izləmək üçün “Yaxt Klub”da şəhərimizin qonaqları və sakinlər üçün əlverişli şərait yaradılıb.

Final günü bütün yarış iştitakçıları “iştirakçı diplomları” ilə təltif olunublar. “Baku Sailing Regatta-2019”-un qaliblərini Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov, Yelkənli İdman Federasiyasının prezidenti Qüdrət Qurbanov, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Nəzrəddin Əhmədzadə, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Cəbrayıl Mahmudlu, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov təltif ediblər.

Yarış iştirakçılarına dərin minnətdarlığını ifadə edən Yelkənli İdman Federasiyasının prezidenti Qüdrət Qurbanov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində bu gün ölkəmizdə bütün sahələrdə olduğu kimi, idman sahəsində də yüksək nəaliyyətlərin əldə olunduğu vurğuladı. İdmançılara uğurlar arzu edən YİF prezidenti Azərbaycanda yelkənli idman növünə göstərilən qayğıdan, yelkənçilərin beynəlxalq yarışlarda əldə etdiyi uğurlardan söz açdı. O, valideynlərin övladlarının bu idman növündə iştirakına verdiyi önəmi yüksək qiymətləndirdi.

Qeyd edək ki, Dənizkənarı Milli Parka bayram əhval ruhiyyəsi gətirən Yelkənli Qayıq Yarışı (“Baku Sailing Regatta-2019”) əylənmək, yarışı izləmək, yelkənli qayıq idman növü ilə yaxından tanış olmaq üçün əsl fürsət olmaqla yanaşı hər bir kəs tərəfindən böyük rəğbət və diqqətlə qarşılanıb.

Xatirladaq ki, Yelkənli Qayıq Yarışı (“Baku Sailing Regatta) ikinci ildir ki, təşkil olunur. Ötən il keçirilən Regatta həm paytaxt sakinlərinin, həm də turistlərin böyük marağına səbəb olmuşdu.

“Baku Sailing Regatta-2019”- un qaliblərinin siyahısı:

Optimist sinifi:

Murad Hacı – Zadə (YİF) Ayla Babayeva (YİF) Kristina Kərimova (YİF) Fidan Ağazadə (YİF) Timur Sikaçevski (YİF) Murad İsmayılov (YİF) Səxavət Əzimov (YİF) İsmayıl Həmidov (YİF) Bahadır Məmmədli (YİF) Ülviyyə Əhmədova (Xəzər klubu) Nikita Protasov (Xəzər klubu) Kamilla Haqverdiyeva (YİF) Emil Əzizli (YİF)

Optimis sinifi (Qızlar)

Ayla Babayeva (YİF) Kristina Kərimova (YİF) Fidan Ağazadə (YİF)

Laser 4.7 sinifi

İsmayil Kərimov (YİF) Murad Allahverdi (YİF) Fəqan Məmmədzadə (YİF) Rahim Abdullayev (Xəzər klubu) Coşqun Məmmədli (Xəzər klubu)

Laser Radial sinifi

Cavid Kərimov (YİF) Vaqif Qasımov (Xəzər klubu) Rauf Abdullayev (Xəzər klubu)

Laser Standart sinifi

Mixail Aleksandroviç Protasov (Xəzər klubu) Nikita Vilayev (Dənizçi klubu) Roman Fərruxov (Xəzər klubu) Elçin İsmayılov (Dənizçi klubu)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti