...

UEFA Avro-2020 fristaylerlərini azarkeşlər seçirlər

İdman Materials 20 Avqust 2019 22:19 (UTC +04:00)
İctimaiyyət turnirin 12 ev sahibi şəhərinin hər birini təmsil etmələri üçün sevimli fristaylerlərinə səs verir
UEFA Avro-2020 fristaylerlərini azarkeşlər seçirlər

Bakı. Trend:

İctimaiyyət turnirin 12 ev sahibi şəhərinin hər birini təmsil etmələri üçün sevimli fristaylerlərinə səs verir. Belə ki, azarkeşlər məşqçi olaraq UEFA AVRO 2020-də ölkələrini təmsil edəcək insanları seçmək şansı qazanıb.

Trend-in məlumatına görə, Avropada ən orijinal və yaradıcı, sərbəst, küçə və panna futbolu üzrə peşəkarları axtarıb tapmaq üçün təşkil olunan “Növbə sənindir” istedad yarışması 12 ev sahibi şəhərin hər birindən 2 şanslı qalibə UEFA Avropa Çempionatının 60-cı ildönümündə UEFA AVRO 2020 fristaylerləri kimi iştirak etmək imkanını bəxş edəcək.

UEFA AVRO 2020-nin rəsmi fristaylerləri və çox sayda dünya rekordçuları olan Liv Kuk və Tobias Beks hər bir ölkədə yüzlərlə videoqeydlər arasından qısa siyahı hazırlamış və sevimli bacarıq sahiblərini seçməyi artıq azarkeşlərin öhdəsinə buraxıblar.

Qaliblər Avropa çempionatı çərçivəsində tədbirlərdə, eləcə də fan-zonalarda və kubok turları zamanı matçlarda iştirak etməklə öz ev sahibi şəhərlərini təmsil edəcəklər.
Qısa siyahıda göstərilən bacarıqlar, hərəkətlər və fəndlər içərisindən azarkeşlər həyatda cəmi bir dəfə rast gəlinən unikal fürsət üçün seçimdə iştirak edəcəklər. Səs verən hər kəs avtomatik olaraq final oyunu və ya ev sahibi şəhərdə təşkil olunan hər hansı matç üçün biletlər, imzalı futbol forması və ya futbol topu qazanmaq imkanı verən mükafat lotereyasında iştirak imkanı əldə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti