...

İsveçdə İbrahimoviçə heykəl qoyulacaq

İdman Materials 10 Sentyabr 2019 16:16 (UTC +04:00)
"Los Angeles Galaxy" klubunun hücumçusu Zlatan İbrahimoviçə İsveçdə heykəl qoyulacaq.
İsveçdə İbrahimoviçə heykəl qoyulacaq

Bakı. Trend:

"Los Angeles Galaxy" klubunun hücumçusu Zlatan İbrahimoviçə İsveçdə heykəl qoyulacaq.

Trend-in məlumatına görə, heykəli İsveç Futbol Assosiasiyası sifariş edib.

Bürüncdən olan abidə futbolçunun doğma şəhəri olan Malmödə ucaldılacaq. Heykəlin hündürlüyü 2.7 metr və çəkisi 500 kq olacaq.

Abidənin İbrahimoviçin futbolçu karyerasına başladığı "Malmö" klubunun köhnə və yeni stadionları arasındakı meydanda qoyulacağı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti