...

"Liverpul" 22-ci tur matçında Londonun "Tottenhem"ini məğlub etdi

İdman Materials 12 Yanvar 2020 02:49 (UTC +04:00)
"Liverpul" İngiltərə çempionatının cari mövsümündə ardıcıl qələbələrinin sayını 20-yə çatdırıb
"Liverpul" 22-ci tur matçında Londonun "Tottenhem"ini məğlub etdi

Bakı. Trend:

"Liverpul" İngiltərə çempionatının cari mövsümündə ardıcıl qələbələrinin sayını 20-yə çatdırıb. Futbol üzrə İngiltərə çempionatının 22-ci turunun mərkəzi qarşılaşmasında Premyer Liqanın cari mövsümünün lideri "Liverpul" səfərdə "Tottenhem"in qonağı olub.

Trend-in məlumatına görə, matçın 37-ci dəqiqəsində braziliyalı Roberto Firmino komanda yoldaşı Məhəmməd Salahın ötürməsini dəqiq zərbə ilə tamamlayıb – 1:0. Qalan dəqiqələrdə hesab dəyişməyib.

"Liverpul" 21 matçda 61 xal qazanaraq İngiltərə çempionatının liqa cədvəlində liderliyini davam etdirir. "Tottenhem" 22 görüşdən 30 xal göstəricisi ilə cədvəldə səkkizincidir.

Növbəti oyunda yanvarın 18-də Yurgen Kloppun yetirmələri "Mançester Yunayted"i qəbul edəcək, Premyer Liqanın 23-cü turunda Joze Maurinyonun komandası "Watford"la qarşılaşacaq. 14 yanvar, "Tottenhem" İngiltərə Kubokunun 1/32 finalında "Midlsbro" ilə oynayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti