...

Zlatan İbrahimoviç karyerasını mövsümün sonunda başa vura bilər

İdman Materials 22 Mart 2020 06:39 (UTC +04:00)
Zlatan İbrahimoviç karyerasını mövsümün sonunda başa vura bilər

Bakı. Trend:

İtaliyanın "Milan" futbol klubunun hücumçusu Zlatan İbrahimoviç karyerasını 2019/20 mövsümünün sonunda başa vura bilər.

Trend-in məlumatına görə, 38 yaşlı futbolçu qışda "Milan"la müqavilə imzalayıb və onun müddəti 30 iyunda başa çatır. Futbolçu italyan klubunda bütün turnirlərdə 10 matç keçirib, dörd qol vurub və bir qolla nəticələnən ötürmə edib.

Karyerası müddətində İbrahimoviç Niderland (Ayaks), İtaliya (İnter), İspaniya (Barselona), Fransa (PSJ) çempionatlarını, bu ölkələrin kuboklarını və superkublarını qazanıb. İngiltərənin "Mançester Yunayted"ində hücumçu kimi Avropa Liqasının qalibi olub. İsveçdə milli yığmanın heyətində Z.İbrahimoviç 116 matç keçirib, 62 dəfə fərqlənib, milli komandanın tarixində ən yaxşı bombardir və 11 dəfə (2005, 2007-2016) ilin futbolçusu seçilib.

"Milan" 36 matçda 26 xal toplayaraq İtaliya çempionatının turnir cədvəlində yeddinci sırada qərarlaşıb. Turnir COVİD-19 virusunun yayılması səbəbindən dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti