...

Futbol üzrə İtaliya çempionatında "Milan" "Bolonya"yı məğlub edib

İdman Materials 22 Sentyabr 2020 01:28 (UTC +04:00)
Futbol üzrə İtaliya çempionatında "Milan" "Bolonya"yı məğlub edib

Bakı. Trend:

"Milan" klubu Futbol üzrə İtaliya çempionatının ilk turunda öz meydanında "Bolonya"yı məğlub edib.

Trend-in məlumatına görə, görüş 2:0 hesabı ilə başa çatıb.

Zlatan İbrahimoviç oyunda iki qol vurdu. Futbolçu 35-ci dəqiqədə və 50-ci dəqiqədə penaltıdan fərqlənib.

27 sentyabrda çempionatın ikinci turunda "Milan" səfərdə "Krotone" ilə oynayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti