...

Zlatan İbrahimoviçin milli çempionatlarda vurduğu 400-cü qol "Milana" "Roma" üzərində qələbə qazandırıb

İdman Materials 1 Noyabr 2021 02:58 (UTC +04:00)
Zlatan İbrahimoviçin milli çempionatlarda vurduğu 400-cü qol "Milana" "Roma" üzərində qələbə qazandırıb

Bakı. Trend:

İtaliya A seriyasının 11-ci turunda "Roma" "Milanı" qəbul edib.

Trend xəbər verir ki, rəqib meydanında azlıqda qalmağına baxmayaraq "Milan" 2-1 hesablı qələbə qazanıb.

Qollardan birini 40 yaşlı isveçli Zlatan İbrahimoviç vurub. Bu onun 6 milli çempionatlarda (İsveç, Niderland, İspaniya, Fransa, İngiltərə və ABŞ) vurduğu 400-cü qol olub.

Hazırda "Milan" 31 xalla İtaliya çempionatında ikinci yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti