...

İbrahimoviçdən daha bir rekord

İdman Materials 21 Noyabr 2021 13:45 (UTC +04:00)
İbrahimoviçdən daha bir rekord

Bakı. Trend:

"Milan" klubunun hücumçusu Zlatan İbrahimoviç futbol üzrə İtaliya A Seriyasında dubl etməyi bacaran ən yaşlı oyunçu oldu.

Trend-in məlumatına görə, ötən gün baş tutan "Fiorentina" - "Milan" matçında 48 yaşlı forvard iki qol vurub. Oyun "Fiorentina"nın 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, turnir cədvəlində "Milan" 32 xalla ikinci yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti