...

Olimpiya oyunlarının iştirakçısı 17 yaşında həlak olub

İdman Materials 11 Aprel 2022 12:55 (UTC +04:00)
Olimpiya oyunlarının iştirakçısı 17 yaşında həlak olub
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Tunisli yelkən idmançısı, Tokio-2020 Yay Olimpiya oyunlarının iştirakçısı Eya Gezgez məşq zamanı həlak olub.

Trend-in məlumatına görə, 17 yaşlı idmançı ekiz bacısı Sarra ilə birgə məşq edərkən onların olduğu yelkənli qayıq güclü külək nəticəsində batıb. Sarra Gezgez xilas ola bilib.

Qeyd edək ki, onlar ötən il Olimpiya oyunlarında yelkən idmanının "49er FX" kateqoriyasında iştirak edərək 21-ci yeri tutmuşdular.

Eya və Sarra Gezgez Tokio-2020-nin ən gənc idmançılarından idilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti