...

Zlatan İbrahimoviç futbol karyerasını başa vurub

İdman Materials 5 İyun 2023 02:14 (UTC +04:00)
Zlatan İbrahimoviç futbol karyerasını başa vurub

Bakı. Trend:

Zlatan İbrahimoviç futbol karyerasını başa vurduğunu açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə Z.İbrahimoviç İtaliya çempiionatının “Milan” – “Verona” oyunundan (3:1) sonra azarkeşlər üçün təşkil olunan vida mərasimində deyib.

"Futbolla vidalaşmağın vaxtıdır. Amma mən sizinlə vidalaşmıram, əziz azarkeşlər", - deyə o bildirib.

Zlatan İbrahimoviçin 41 yaşı var və 2020-ci ildən "Milan"da çıxış edir. Lakin o, zədə və diz əməliyyatı səbəbindən 2022/23 mövsümünün çox hissəsini buraxdı. Bu mövsüm Z.İbrahimoviç İtaliya çempionatında cəmi dörd oyuna çıxıb və bir qol vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti