Bakı. Trend:
Türkiyə millisinin keçmiş futbolçusu Gökhan Gönül saxlanılıb.
Trend türk KİV-lərinə istinadən xəbər verir ki, keçmiş müdafiəçi İstanbul Fond Birjasında müəyyən səhm əməliyyatlarında manipulyasiya etməkdə təqsirli bilinir.
Məlumata görə, onunla yanaşı, daha 11 nəfər saxlanılıb.
Qeyd edək ki, Gökhan Gönül karyerası ərzində “Fənərbaxça” və “Beşiktaş” kimi məşhur komandalarda oynayıb.
