...

Bu gündən ABŞ bu ölkələrdən bu məhsullara rüsum qoyur

İqtisadiyyat Materials 1 İyun 2018 10:34 (UTC +04:00)
ABŞ administrasiyası iyunun 1-dən Avropa İttifaqı, Kanada və Meksikadan polad və alüminium məmulatlarının gətirilməsinə gömrük rüsumu tətbiq edir.
Bu gündən ABŞ bu ölkələrdən bu məhsullara rüsum qoyur

Bakı. Trend:

ABŞ administrasiyası iyunun 1-dən Avropa İttifaqı, Kanada və Meksikadan polad və alüminium məmulatlarının gətirilməsi üçün gömrük rüsumu tətbiq edir.

Trend-in məlumatına görə, bunu ABŞ-ın ticarət naziri Uilbur Ross deyib.

Nazir qeyd edib ki, rüsum tətbiq ediləcək 23 ölkə var.

Onun sözlərinə görə, Cənubi Koreya, Argentina, Braziliya, Avstraliya, Kanada, Meksika və Avropa İttifaqı ölkələrinə verilən müvəqqəti icazə mayın 31-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti