...

2018-ci ildə 5 ay ərzində 351 mln. manat sığorta haqqı toplanıb

İqtisadiyyat Materials 14 İyun 2018 18:00 (UTC +04:00)
2018-ci ilin yanvar-may ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 350.8 mln. manat məbləğində sığorta haqları toplanıb
2018-ci ildə 5 ay ərzində 351 mln. manat sığorta haqqı toplanıb

Bakı. Trend:

2018-ci ilin yanvar-may ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 350.8 mln. manat məbləğində sığorta haqları toplanıb, 97.5 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından Trend-ə verilən məlumata görə, könüllü sığorta bazarı üzrə haqlar 255.4 mln. manat, ödənişlər isə 69.8 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 95.4 mln. manat, ödənişlər isə 27.7 mln. manat olub.

2018-ci ilin yanvar-may ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 73%-i könüllü, 27%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 72%-i könüllü, 28%-i isə icbari sığorta növləri hesabına formalaşıb.

2018-ci ilin yanvar-may ayları ərzində sığorta şirkətlərisinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti