Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) səlahiyyətlərinin icrasına başladığı tarixdən etibarən karantin tətbiq edilən zərərli orqanizmlərin təhlükəliliyi nəzərə alınaraq 400 ton kartof və kivi məhsulları İran və Gürcüstana geri qaytarılıb.
Trend-in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
Agentlik sədri həmçinin qeyd edib ki, aşkar olunan karantin tətbiq edilən zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq 255.9 ton məhsul məhv edilib və habelə 838.092 ton məhsul müxtəlif üsullarla zərərsizləşdirilib.