Ölkədə Çin texnologiyası əsasında becərilmiş pambığın yığımına start verilib

Ölkədə Çin texnologiyası əsasında becərilmiş pambığın yığımına start verilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun Ucar rayonunda yerləşən Şirvan Təcrübə Stansiyasında Çin texnologiyası ilə əkilən pambıq sahəsində yığıma start verilib.

Nazirlikdən Trend-ə bildirilib ki, Kənd təsərrüfatı naziri İnam Kərimov, Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, Ucar rayon İcra Hakimiyyəti strukturlarının məsul şəxsləri, nazirliyin tabeli qurumlarının, Azərbaycan Dövlət Aqrar Universitetinin, pambıqçılıq üzrə ixtisaslaşmış rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin, həmçinin pambıq tədarükü məntəqələrinin rəhbərləri, çinli mütəxəssis Dey Xun Vi və pambıqçı fermerlərin iştirakı ilə pambıq sahəsinə baxış keçirilib.

Kənd Təsərrüfatı naziri İnam Kərimov pambıq sahəsində məhsuldarlıqla bağlı çinli mütəxəssislər və yerli fermerlərlə fikir mübadiləsi aparıb.

Daha sonra Şirvan Təcrübə Stansiyasının torpaq sahəsində Çinə məxsus innovativ texnologiya əsasında əkilən pambığın kombaynla yığım prosesinə start verilib. Kənd Təsərrüfatı naziri İnam Kərimov 57 yaşlı qadın mexanizator Gülsurə İbadovanın idarə etdiyi kombaynda yığım prosesini izləyib.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov bu il pambıq becərilməsi zamanı aqrotexniki qulluq qaydalarına daha düzgün riayət edildiyini, gübrə təminatının vaxtında həyata keçirildiyini bildirib. Bu amillərin məhsuldarlığa müsbət təsir göstərəcəyini deyən şöbə müdiri deyib ki, nazirlik tərəfindən 2019-cu ildə də pambıqçılıq sahəsində müasir innovativ üsullar tətbiq olunub. Ucar rayonu ərazisində 10 hektar sahədə Çin texnologiyası əsasında müasir üsullarla pambıq əkini həyata keçirildiyini deyən İmran Cümşüdov sınaq əkinlərinin uğurlu nəticə verdiyini deyib. Onun sözlərinə görə, həmin sahənin hər hektarından 70-80 sentner məhsul götürüləcəyi proqnozlaşdırılır.

Bildirilib ki, ənənəvi əkin və becərmə üsullarından fərqli olaraq Çin texnologiyası əsasında becərilən 10 hektarlıq sahə lazer mala ilə hazırlanıb. Hazırda Çində tətbiq edilən bu texnologiyanın üstünlükləri ondan ibarətdir ki, lazer malalama torpağın təkrar şoranlaşmasının qarşısını alır, suya qənaət olunur, toxumların bərabər səviyyədə çıxmasına şərait yaradır, nəticədə məhsuldarlıq artır.

Yeni sistemin texniki üstünlüyü ondan ibarətdir ki, bir gedişlə 3 əməliyyatı (çiyidin səpilməsi, damcılı suvarma borusunun sərilməsi, polietilen örtüyün açılması) yerinə yetirmək mümkündür. Eyni zamanda yeni innovativ texnologiya hər hektara düşən bitki sıxlığının çox olması ilə fərqlənir. Belə ki, Çin texnologiyası əsasında cərgəarası 90 santimetr olmaqla, hər hektarda 200-220 min toxum səpilir. İndiyədək ənənəvi üsulla aparılan əkində isə hər hektarda 100-110 min toxum səpilirdi.

Torpaqda buxarlanmanın qarşısının alınması, nəmlik ehtiyatının yaradılması da pambığın innovativ texnologiya ilə əkilməsinin üstün cəhətlərindəndir. Çin texnologiyası əsasında pambığın əkini və becərilməsi zamanı polietilen örtükdən istifadə olunması alaq otlarının inkişafını məhdudlaşdırır ki, bu da ənənəvi üsulla müqayisədə əsas üstünlüklərdən biri sayılır. Bundan başqa, polietilen örtük toxumun inkişafı üçün yaxşı temperatur rejimi yaradır, bununla da erkən səpini həyata keçirmək mümkün olur.

Tədbir iştirakçılarına bildirilib ki, bu il ölkədə ilk dəfə olaraq Ucar rayonunda Çin texnologiyası ilə əkilmiş pambıq sahəsində dron vasitəsilə qırmızı tor gənəsinə qarşı yeni innovativ kimyəvi mübarizə aparılıb.

Qeyd olunub ki, Azərbaycanda kənd təsərrüfatına yararlı torpaq sahəsinin az olması intensiv üsulla məhsuldarlığın artırılmasını zəruri edir. Nazirliyin mütəxəssisləri pambıqçılıqla bağlı üç model təsərrüfatın yaradıldığını bildiriblər. Belə ki, Çin texnologiyası ilə yanaşı, Beyləqanda türk, Tərtər və Salyanda yunan model təsərrüfatları da təşkil olunub. Bu innovativ texnologiya alaq otlarına qarşı mübarizə tədbirləri və suvarma üçün daha az vəsait xərclənməsinə səbəb olur. Hazırda əsas məqsəd yüksək məhsuldarlığa imkan verən bu pilot layihələrin gələcəkdə daha geniş ərazilərdə tətbiqinə nail olmaqdır. Bununla bağlı, Azərbaycan Dövlət Aqrar Universitetinin müəllim və tələbələrinə Çin texnologiyası əsasında pambıq əkininin həyata keçirilməsi ilə bağlı ətraflı məlumatın verilməsi, eləcə də pambıqçılıqla məşğul olan şirkətlərə bu innovativ layihənin üstünlüklərinin nümayiş etdirilməsi nəzərdə tutulur.

Tədbirin sonunda yeni texnologiyanın tətbiqi ilə əlaqədar fermerlərin sualları mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb, respublikanın pambıq sahələrində bu il gözlənilən yüksək məhsuldarlıqla bağlı fikir mübadiləsi aparılıb.

"Kapital Bank"dan nağd pul krediti üzrə nağdlaşdırma komissiyası 0% oldu
"Kapital Bank"dan nağd pul krediti üzrə nağdlaşdırma komissiyası 0% oldu
İyunun 3-də xarici valyutaların manata qarşı məzənnələri
İyunun 3-də xarici valyutaların manata qarşı məzənnələri
İyunun 2-də xarici valyutaların manata qarşı məzənnələri
İyunun 2-də xarici valyutaların manata qarşı məzənnələri
Loading Bars
Xəbər lenti
Ağdaşda "VAZ" yanıb
Biləsuvarda zəlzələ qeydə alınıb
Dünyada koronavirusdan 600-dən çox tibb bacısı ölüb
DSX sərhəddə təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumatlar əldə edib
Rəşad Mahmudov: Koronavirusa yoluxmaların artması həftə sonları sərt karantin rejiminin tətbiqini zərurətə çevirir
Bakıda avtobus yanaraq kül oldu (FOTO)
Musa Quliyev: Hazırki vəziyyət həftə sonu ciddi karantin rejiminin tətbiq edilməsini zəruri edir
Almaniya Avropanın 29 ölkəsinə səyahət məhdudiyyətini aradan qaldıracaq
Türkiyədə koronavirusdan sağalanların sayı 130 min nəfəri ötüb
"Renault" Fransadan 5 milyard avro kredit alacaq
Dünyada koronavirusa yoluxma riskinin daha yüksək olduğu hava limanları - SİYAHI
Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir
Prezident İlham Əliyev: Biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq
Prezident İlham Əliyev: Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür
48 hakim intizam məsuliyyətinə cəlb edilib, 2 hakim isə korrupsiya əməllərinə görə istintaqa verilib
Azərbaycan Prezidenti: Bu gün beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqe həqiqəti, ədaləti əks etdirir
Hindistanda kimya zavodunda partlayış: 5 ölü, onlarla yaralı var
Prezident İlham Əliyev: Tərtər rayonu cəbhə bölgəsində yerləşir və təbii ki, bu rayona diqqət həmişə yüksək səviyyədə olub
Azərbaycan Prezidenti: İdmanın inkişafı xalqın sağlamlığıdır və Azərbaycan xalqı sağlam olmalıdır
Prezident İlham Əliyev: Mən tam əminliklə deyə bilərəm ki, Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü, indiki qədər müstəqil və azad olmamışdır
AMFA Azərbaycanda qadın sahibkarlığına dəstək barədə
BMTM “Covid-19 böhranı zamanı çoxtərəfliliyin müqəddəratı” adlı vebinar keçirib (VİDEO)
Könüllülərin növbəti əlaqələndirmə görüşü baş tutub
DİN: Metroda polisə müqavimət göstərən 5 nəfər barəsində cinayət işi açılıb
İmtahanlarla bağlı Operativ Qərargahdan AÇIQLAMA
TƏBİB: İşçilər 3 qrupa bölünsün və ayrı-ayrı saatlarda işə gəlsinlər
Operativ Qərargah: Bu vəziyyət davam etsə, sərhədlərin açılması gözlənilmir
İbrahim Məmmədov: Maskalarla bağlı vahid qiymət 30 qəpikdir
Məhdudlaşdırma olarsa, işsizlərə yenidən 190 manat veriləcəkmi? - RƏSMİ AÇIQLAMA
Ramin Bayramlı: Qaydalara əməl edilsə, məhdudlaşdırmalara getməyə bilərik
Sabah Baş Nazir məhdudlaşdırmalarla bağlı detalları açıqlayacaq
İbrahim Məmmədov: Karantin rejiminin sərtləşdirilməsi və ya yumşalma zərurətdən asılıdır
TƏBİB sədri: Tibb müəssisələrində sıxlığın yaranması əsas verir ki, əhalini həmrəyliyə dəvət edək
Ticarət mərkəzlərinin tam qapanması nəzərdə tutulur - Operativ Qərargah
Bu şəhərlərdə küçəyə çıxmaq yenidən məhdudlaşdırıla bilər - TƏBİB AÇIQLADI
Sumqayıtdakı 1 saylı xəstəxana artıq koronavirus xəstələrinə xidmət göstərəcək
Hazırda biz pandemiyanın ikinci mərhələsindəyik - Ramin Bayramlı
Ramin Bayramlı: Koronavirus xəstələrinin sayı artıqca ağır xəstələrin də sayı artır
İbrahim Məmmədov: Cümə günü axşamdan bazar ertəsinə qədər hərəkət və iş rejimləri məhdudlaşdırıla bilər
Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 5 nəfər öldü
Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirib
Prezident İlham Əliyev yenidən qurulan “Ağcabədi-2” elektrik yarımstansiyasının istifadəyə verilməsi mərasimində iştirak edib (FOTO/VİDEO)
Prezident İlham Əliyevdən xəritəyə görə icra başçısına irad: Sisyanın əsl adı Qarakilsədir. Ona görə bunu pozun və Qarakilsə yazın
UNEC tələbələrinə imtahan sessiyasında əlavə güzəştlər olunub
İqtisadiyyat Nazirliyi 2785 obyektdə monitorinq aparıb: Pozuntular aşkarlanıb (FOTO)
AQTA İmişli və Bərdədə reyd keçirdi - İki müəssisənin fəaliyyəti məhdudlaşdırıldı (FOTO)
Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı uzadılıb
Azercell uşaqlar üçün “Mobil TV” xidmətini istifadəyə verdi
Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verilib (FOTO/VİDEO)
Azərbaycan hərbçiləri Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək
Ağcabədidə “ASAN xidmət” mərkəzi açılıb (FOTO)
Ağcabədidə dənli bitki toxumlarının emalı zavodu istifadəyə verilib (FOTO/VİDEO)
Prezident İlham Əliyev Ağcabədidə taxıl biçininə başlanması mərasimində iştirak edib (FOTO/VİDEO)
Prezident İlham Əliyevin Ağcabədi rayonuna səfəri (FOTO/VİDEO)
Məzahir Əfəndiyev: Koronavirusla mübarizədə medianın rolu böyükdür
"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib
Bakıda qətl hadisəsinin üstü “isti izlərlə” açılıb - RƏSMİ
Qazaxda otlaq sahədə top mərmisi tapılıb
"Barselona"da koronavirus həyəcanı - 5 futbolçu yoluxubmuş
İyunun 4-də dolların manata qarşı məzənnəsi
Bərdədə su kanalına atılan heyvan leşləri məhv edilib
Bakıda qəza uzun tıxaca səbəb oldu (FOTO)
Vergi ödəyicilərinə hansı güzəştlər edilir? - RƏSMİ AÇIQLAMA
Müharibə veteranları ilə bağlı qanunvericiliyə yeni TƏKLİF
Prezident İlham Əliyev Ağdam rayonu ərazisindəki “N” saylı hərbi hissədə olub (FOTO/VİDEO) (YENİLƏNİB)
Yer kürəsinin ən təmiz ərazisi açıqlanıb
Tərtərin Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi tikiləcək - SƏRƏNCAM
Tərtərdə 21 ədəd subartezian quyusu qazılacaq - SƏRƏNCAM
Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakıda dağlıq ərazidə baş verən yanğın söndürülüb
Bakıda pandemiya dövründə əhali ərzağa daha çox pul xərcləyib - STATİSTİKA
Bakıda qadın qızının sevgilisini bıçaqladı - Qızı ilə evlənmək istəmədiyi üçün
Vüqar Bayramov: Yeni vergi rejimində sahibkarlar daha az vergi ödəməklə xərclərinə qənaət edəcəklər
Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Maskadan istifadə etməyən bəzi vətəndaşlar cərimələndi
ÜST: Koronavirusun ikinci dalğası qaçılmaz deyil
Rusiyada koronavirusa yoluxanların sayı 430 min nəfəri keçdi
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Prezident İlham Əliyevi təbrik edib
İsveçrə mediasında Azərbaycandan bəhs edilib
Salyanda narkotik tərkibli bitkilər əkib-becərən şəxs saxlanıldı (FOTO)
Çexiya ilə Slovakiya arasında sərhədlər sabah açılır
Bu il Şahdəniz yatağı üzrə gəlirlər açıqlanıb
Güclü külək əsəcək, temperatur aşağı düşəcək - Xəbərdarlıq
DYP sərnişindaşıma fəaliyyəti ilə məşğul olanlara və sərnişinlərə müraciət edib
“Azərxalça” ASC-nin Tərtər filialı açılıb (FOTO/VİDEO) (YENİLƏNİB)
Paytaxtda bankomatdan pul çıxaran qadını izlədilər, sonra çantasını soydular (FOTO)
İranda koronavirusdan ölәnlәrin sayı 8 mini keçib
26 Qazaxıstan vətəndaşı öz ölkələrinə yola salınıb
AXC-nin 102-ci ildönümü münasibətilə Peru Konqresi təbrik bəyanatı qəbul edib
Sabah Bakıda 27 dərəcə isti olacaq
Qaxda zəlzələ olub
“Tərtər” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib (FOTO/VİDEO) (YENİLƏNİB)
ABŞ-da etirazlar zamanı 9 mindən çox şəxs saxlanılıb
Muğam Mərkəzinin "Unudulmayanlar" layihəsi Xalq artisti Əlövsət Sadıqova həsr olunub (VİDEO)
Tərtər Olimpiya İdman Kompleksinin açılışı olub (FOTO/VİDEO) (YENİLƏNİB-2)
Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı yolu yenidənqurmadan sonra istifadəyə verilib (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev Tərtər rayonuna səfərə gəlib (FOTO/VİDEO)
Bakı bulvarı sizi keçmişə götürəcək - Bu FOTOlar ilk dəfə təqdim olunur
Ermənistanda ilk dəfə koronavirusa yoluxmuş 4 yaşlı uşaqda Kavasaki sindromu qeydə alınıb
Bütün xəbərlər