...

Vətəndaşların azad edilmiş ərazilərdəki fəaliyyəti ilə bağlı xüsusi yanaşmalar hazırlanır - Mikayıl Cabbarov

İqtisadiyyat Materials 28 Dekabr 2022 14:02 (UTC +04:00)
Vətəndaşların azad edilmiş ərazilərdəki fəaliyyəti ilə bağlı xüsusi yanaşmalar hazırlanır - Mikayıl Cabbarov
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Hər bir ölkənin, o cümlədən Azərbaycanın iqtisadiyyatı üçün kiçik və orta biznesin (KOB) əsas dəyəri onun çevikliyi, məşğulluğu və iqtisadi sabitliyi təmin etməsidir.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün "Dayaq" mükafatının təqdimetmə mərasimində deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə istənilən Azərbaycan vətəndaşının fəaliyyətinə xüsusi yanaşmalar hazırlanır.

"Ölkə iqtisadiyyatının diversifikasiyalaşdırılmasında KOB-ların rolu əvəzsizdir. Artıq işğaldan azad edilmiş ərazilərdə onlarla sahibkar çalışır. Yanvarın 1-dən tətbiq olunacaq güzəştlər, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulan layihələr məhz iqtisadi fəaliyyətin dayanıqlı və gəlirli olmasını təmin etməyə hesablanıb. Qeyd edək ki, 2023-cü ildə biz bir çox yeni layihələrin başlanmasının şahidi olacağıq”, - deyə M.Cabbarov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti