...

Niderlandın Konsultasiya Bürosu Azərbaycanda daşınmaz əmlakın vahid kadastr sisteminin tətbiqinə hazırlıq prosesini qiymətləndirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2007 17:52 (UTC +04:00)

Azərbaycan, Bakı /" TrendCap ", müxbir Ü.İsmayılova/ Azərbaycanın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çərşənbə axşamı yaydığı məlumatda bildirilir ki, Niderlandın Konsultasiya Bürosu (DHV) "Daşınmaz əmlakın qeydiyyatı Layihəsi"nə hazırlıq prosesində informasiya-kommunikasiya texnologiyaları və proqram təminatı üzrə ümumi vəziyyətin qiymətləndirilməsi və bu istiqamətdə müvafiq sənədlərin hazırlanmasına dair yekun hesabat açıqlayıb. 2007-ci il dekabrın 7 - də Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Azərbaycan Hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında kredit sazişi imzalanıb. Layihənin həyata keçirilməsi ilə bağlı hazırlıq işləri Yaponiya hökuməti tərəfindən maliyyələşdirilir. Bu işlərin yerinə yetirilməsi üçün layihənin üç əsas komponenti üzrə Dünya Bankının tələbləri əsasında tenderlər keçirilib. Tenderlərlə "Kadastre İnternational" (Niderland), "BaltKonsults" (Latviya) və DHV (Niderland) kimi  beynəlxalq miqyasdatanınan və öz sahələrində çoxillik təcrübəyə malik şirkətlər qalib gəlib.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəhbəri Arif Qaraşov görüş zamanı bildirib ki, Daşınmaz əmlakın qeydiyyatı Layihəsi" çərçivəsində tətbiq ediləcək informasiya sistemləri həm qrafik, həm də mətn məlumatlarını daxil edən vahid sistemlər formasında olacaq. Bu isə, sərf olunan vaxta və xərclərə qənaət deməkdir.

"Bütün bunlar daşınmaz əmlakın qeydiyyatında "bir pəncərə" sisteminin tətbiqi üçün imkanlar yaradacaq" - deyə Qaraşov bildirib.

Azərbaycan Respublikası Prezidenti 2007-ci il aprelin 30da Azərbaycanda sahibkarlığın inkişafı üzrə tədbirlər çərçivəsində, "bir pəncərə" sisteminin tətbiqinə dair fərman imzalayıb.

Xəbər lenti

Xəbər lenti