...

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "AtaBank"ın emissiya prospektini qeydə alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2008 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 yanvar/ Trend / Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "AtaBank" ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini qeydə alıb. Bu barədə Bakı Fond Birjasının çərşənbə günü yayılan məlumatında deyilir.

Emissiyanın həcmi 3 500 000 AZN təşkil edir, bir səhmin nominal dəyəri 20 AZN.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək. Səhmlərin yerləşdirilməsində "AzərİnterTreyd" MMC anderrayter vəzifəsində çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti