...

Azərbaycanda qiymətli kağızlar bazarında lisenziyasız fəaliyyət göstərən şirkət aşkarlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Mart 2009 19:34 (UTC +04:00)

Azərbaycan, Baku, 12 mart / Trend /

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) əhalini qiymətli kağızlar bazarında lisenziyasız qeyri-qanuni peşəkar fəaliyyət göstərən "İnvest-AZ" MMC aktivləri ilə iş əlaqələri qurarkən ehtiyyatlı olmağa çağırır, - komitənin cümə axşamı yaydığı məlumatda bildirilir.   

Dövlət Komitəsinin qiymətli kağızlar bazarında keçirdiyi nəzarət tədbirləri nəticəsində məlum olub ki, "İnvest-AZ" internet vasitəsi ilə əhaliyə (investorlara) xidmət göstərir.

Şirkətin müştərilərin aktivlərinin idarə olunması təklifi ölkə qanunvericiliyinə əsasən lisenziyalanmış fəaliyyət növüdür. Bu tip xidməti hüquqi və fiziki şəxslər yalnız icra hakimiyyətlərinin müvafiq orqanları tərəfindən peşəkar fəliyyət üçün xüsusi icazə aldıqda göstərə bilərlər.

"İnvest-AZ"-ın QKDK tərəfindən verilən lisenziyası olmadığından, bu şirkətin hər hansı bir formada əhalinin pul vəsaitini cəlb etməklə qiymətli kağızlar bazarında fəaliyyət göstərmək səlahiyyəti yoxdur. Hazırda şirkətin fəaliyyətinin qanuna uyğun olub olmaması araşdırılır", - məlumatda qeyd oluub.

Xəbər lenti

Xəbər lenti