...

Azərbaycan "Mərkəzi Asiyada Sığorta" adlı beynəlxalq konfrasda iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2009 16:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart / Trend , müxbir Ü.İsmayılova /

Qazaxıstanın maliyyə bazarının və maliyyə şirkətlərinin tənzimlənməsi və nəzarəti üzrə agentliyi Qazaxıstan maliyyəçiləri ilə birgə martın 19-20-də Alma-atada III "Mərkəzi Asiyada Sığorta" beynəlxalq konfransını həyata keçirəcək.

Maliyyə Nazirliyindən bildirilib ki, beynəlxalq konfransda Azərbaycanı Maliyyə Nazirliyi yanında sığorta nəzarəti üzrə dövlət orqanının nümayəndə heyəti təmsil edəcək.

Konfransın əsas mövzuları beynəlxalq tendensiyalar və regionun sığorta bazarlarının tənzimlənməsi və inkişafı, milli sığorta bazarlarının qarşılıqlı əlaqəsi, sığorta və təkrar sığortanın texnologiyaları və sığorta məhsulları olacaq.

Konfransda Qazaxıstan, Azərbaycan, Ermənistan, Ukrayna, həmçinin Rusiya, Türkiyə, Böyük Britaniya və başqa ölkələrin sığorta bazarlarının nümayəndələri də iştirak edəcək. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti