...

UniBank "Brilyant depozit" aksiyasinin super prizinin uduşunu keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2009 16:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart / Trend /  

Mart ayının 16-da Unibank "Brilyant depozit" lotereya aksiyası çərçivəsində brilyantların on ikinci, final uduşunu keçirib. Qalib təsadüfi kompüter seçimi ilə, müstəqil müşahidəçilərin nəzarəti altında seçilib, bu - "Müddətli" depozitin sahibi Nazim Kazımov olub.

"Şadam ki, məhz mən finalın qalibi oldum və super priz - 3 karatlıq 3 brilyant əldə etdim, - deyə Nazim Kazımov qeyd edib. - Unibank-a pul qoyduqdan sonra, mən ilk öncə "Brilyant depozit"in bütün uduşlarını diqqətlə izləyir və hər dəfə uduşların KİV-də dərc edilən nəticələrində öz adımı axtarırdım. Lakin hər dəfə şanslar get-gedə azalırdı və mən artıq priz udacağıma ümid etmirdim. Lakin Unibank-ın əməkdaşları mənə zəng vurub mənim adi qalib deyil, məhz super prizi udduğumu bildirəndə - mən sadəcə xoşbəxt idim".

Ümumi çəkisi 3 karat olan 3 brilyant Bankın, əmanəti 1000 manatdan, ABŞ dollarından və ya Avrodan az olmayan əmanətçiləri arasında oynanılıb. Ümumiyyətlə, aksiya nəticəsində Unibank uduşa ümumi çəkisi 14 karat olan 36 brilyant qoymuşdu. İlk 11 uduş nəticəsində hər bir qalib çəkisi 1 karat olan 3 brilyant, final uduşunun nəticəsində isə çəkisi 3 karat olan 3 brilyant alırdı. Bütün brilyantlar, qiymətli daşların bütün keyfiyyət göstəriciləri, konkret olaraq, çəkisi, rəngi, saflığı və cilalanma keyfiyyəti göstərilən müvafiq sertifikatlara malikdirlər.

"Brilyant depozit" aksiyası Unibank-ın bütün tarixi boyu keçirilmiş ən müvəffəqiyyətli depozit aksiyası oldu. Onun keçirildiyi 11 ay ərzində (2008-ci ilin aprel ayının 10-dan 2009-cu ilin mart ayının 16-dək) hər üç depozit növünə - "Müddətli", "Proqressiv" və "Yığım"-  Bank tərəfindən əhalinin 63 021 642 manat məbləğində əmanəti cəlb edilib.

Xəbər lenti

Xəbər lenti