...

Bolqarıstan Fond Birjası birja xidmətlərinin irəliləyişi təcrübəsini Azərbaycanla bölüşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2009 19:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul / Trend /

Bakı Banklararası Valyuta Birjası (BBVB) və Bakı Fond Birjasının təşəbbüsü və birgə razılığı ilə iyunun 14-dən 20-dək Sofiyada Bolqarıstan Fond Birjasında Avro-Asiya Fond Birjaları Federasiyasının ikitərəfli proqramı üzrə iki birjanın nümayəndələri üçün birgə treninq keçirilib. Bu barədə cümə günü BBVB-nin məlumatında bildirilib.    

İkitərəfli proqramda BBVB-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Aynur Bayramlı, BFB-nin marketinq şöbəsinin aparıcı mütəxəssisi Kamran Əliyev və BFB-nin analitik departamentinin mütəxəssisi Əfqan Əfqanlı iştirak edib.

Proqramda nəşriyyat fəaliyyəti və beynəlxalq informasiya agentlikləri terminalına ticarət və digər birja məhsullarının yayımı sahəsində əməkdaşlıq da daxil olmaqla, indekslər və informasiya məhsulları öyrənilib. Bundan əlavə, analitik xarakterli məhsulların istifadəsi yolu ilə birja xidmətlərinin irəliləyişi də müzakirə mövzusu olub.

Xüsusilə XETRA ticarət sistemi, elektron sənəd dövriyyəsi sistemi və EXTRI inteqrasiya olunmuş informasiya sistemi nümayiş olunub.

Xəbər lenti

Xəbər lenti