...

Azərbaycanın tibb işçiləri xaricdə ixtisasartırma keçəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2009 12:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyul / Trend , müxbir Ü. İsmayılova /

Azərbaycan Səhiyyə Nazirliyi nazirlikdə kadr islahatlarının keçirilməsi çərçivəsində tibb işçilərinin peşə təkmilləşdirməsi və ixtisasartırması üçün müsabiqə elan edib. Bu barədə bazar ertəsi idarədən bildiriblər. 

Müsabiqədə üç illik iş təcrübəsinə malik, ingilis və ya alman dillərindən biri bilən tibb işçiləri iştirak edə bilərlər. Arzu edənlər Səhiyyə Nazirliyinin kadrlar, elm və təhsil şöbəsinə müraciət edə bilərlər.

Tibb işçilərinin hansı ölkələrdə ixtisasartırma keçəcəkləri barədə idarədən məlumat verilməyib.

Azərbaycan Səhiyyə Nazirliyi Nazirlər Kabinetinə tibb işçilərinin potensialının yaxşılaşdırılması ilə bağlı hər beş ildən bir məcburi attestasiyanın keçirilməsini nəzərdə tutan təklif təqdim edib. Bunu bir müddət əvvəl səhiyyə naziri Oqtay Şirəliyev deyib.  

Onun sözlərinə görə, attestasiya başa çatandan sonra həkimlərə tibbi fəaliyyətini daha effektli davam etdirmək üçün xüsusi sertifikatlar veriləcək.

Nazir həmçinin söyləyib ki, ölkə prezidentinin qərarına əsasən, hər il ölkədə səhiyyənin səviyyəsini inkişaf etdirmək üçün vəsait ayrılır və artıq təxminən 50 həkim ixtisasartırmaya göndərilib.  

"Bütün bu tədbirlər ölkədə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması üçün görülür", - Şirəliyev deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti