...

Azərbaycanın böyük sığortaçısı nizamnamə kapitalını 50 faiz artıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2009 13:08 (UTC +04:00)
Azərbaycanın böyük sığorta şirkətlərindən biri MBASK nizamnamə kapitalını minimum bir milyon manata kimi artırmağı planlaşdırır.

Azərbaycan, Bakı, 18 iyul / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycanın böyük sığorta şirkətlərindən biri MBASK nizamnamə kapitalını minimum bir milyon manata kimi artırmağı planlaşdırır. Bu barədə şirkətin İdarə Heyətinin sədri Cəmil Məlikov bildirib.

"Nizamnamə kapitalı birinci yarımilin yekunları üzrə mədaxil hesabına artırılacaq", - Məlikov bildirib.

MBASK şirkətinin səhmdarları avqustun 10-da şirkətin İdarə Heyətinin yenidən strukturlaşdırılmasının müzakirəsi üçün səhmdarların növbədənkənar iclasını keçirəcək. "Şirkətin yenidən strukturlaşdırılması 2009-cu il böhran əleyhinə tədbirlər çərçivəsində həyata keçirilir", - Məlikov bildirib.

Onun sözlərinə görə, hazırda şirkətin İdarə Heyətinin sədri vəzifəsinə namizədlik məsələsi müzakirə olunur. Məlikov Müşahidə Şurasının üzvü təyin ediləcək.

Növbədənkənar iclas çərçivəsində İdarə Heyətinin, Direktorlar Şurasının tərkibinin dəyişdirilməsi, Direktorlar Şurasının sədrinin əmək haqqının təsdiqlənməsi, aktivlərin yenidən strukturlaşdırılması məsələsi də müzakirə olunacaq.

"İclasın əsas məsələsi mümkün xərclərin azaldılması olacaq. Şirkət artıq işə yeni əməkdaşlar götürmür və öz istəyi ilə işdən çıxanları yenidən iş yerlərinə bərpa etmir", - Məlikov bildirib.

Azərbaycanın sığorta bazarında 1992-ci ildən fəaliyyət göstərən MBASK sığortanın 29 növünü təqdim edir, onlardan dördü məcburidir. Şirkətin nizamnamə kapitalı iki milyon manat təşkil edir. MBASK şirkətinin səhmlərinin 30 faizi 2005-ci ilin yanvar ayından Avropa Yenidənqurma və İnkişaf Bankına məxsusdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti