...

Xəzər dənizinin qaz ehtiyatları yalnız bir böyük layihəni realizə etməyə imkan verir - The Heritage Foundation-ın aparıcı eksperti

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2009 11:37 (UTC +04:00)
"Xəzər dənizinin qaz ehtiyatları yalnız bir böyük layihəni - ya "Nabukko", ya da "Cənub axını"nı realizə etməyə imkan verir. Özü də hələ ki, ikincinin mövqeyi daha möhkəm görünür", - The Heritage Foundation-ın (ABŞ) Rusiya, Avrasiya və beynəlxalq enerji təhlükəsizliyi üzrə rəhbəri Ariel Koen hesab edir.

Vaşinqton, ABŞ, 22 iyul / Trend , müxbir N.Boqdanova /

"Xəzər dənizinin qaz ehtiyatları yalnız bir böyük layihəni - ya "Nabukko", ya da "Cənub axını"nı realizə etməyə imkan verir. Özü də hələ ki, ikincinin mövqeyi daha möhkəm görünür", - The Heritage Foundation-ın (ABŞ) Rusiya, Avrasiya və beynəlxalq enerji təhlükəsizliyi üzrə rəhbəri Ariel Koen hesab edir.

"Qazprom" həm maliyyə-iqtisadi, həm də industrial liderdir. Ancaq "Nabukko" layihəsində belə lider yoxdur", - Koen bildirib.

Onun fikrincə, Türkiyənin İranı "Nabukko"ya "gətirmək" cəhdləri onun şanslarını yalnız azaldır.

"Mən hesab edirəm ki, Rusiya "Nabukko"nu dayandırmaq üçün Azərbaycan və Türkmənistana hər cür təzyiq göstərəcək. Belə təzyiqə dözmək üçün, öz fəaliyyətlərini yetərincə koordinasiya edib-edə bilməməsi layihənin bütün iştirakçılarından asılıdır", - Koen deyib.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixrac etmək nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Xəbər lenti

Xəbər lenti