...

Azərbaycan digər ölkələrdə öz vətəndaşlarının sosial müdafiəsi sahəsində çərçivə sazişi hazırlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2011 10:21 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondu (DSMF) digər ölkələrdə yaşayan azərbaycanlıların sosial müdafiəsi məsələləri üzrə çərçivə sazişinin layihəsini hazırlayıb. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə DSMF sədri Səlim Müslümov deyib.
Azərbaycan digər ölkələrdə öz vətəndaşlarının sosial müdafiəsi sahəsində çərçivə sazişi hazırlayıb

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir A.Axundov/

Dövlət Sosial Müdafiə Fondu (DSMF) digər ölkələrdə yaşayan azərbaycanlıların sosial müdafiəsi məsələləri üzrə çərçivə sazişinin layihəsini hazırlayıb. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə DSMF sədri Səlim Müslümov deyib.

"Bu sazişə aidiyyəti orqanlarda, o cümlədən Xarici İşlər Nazirliyində baxılıb. Saziş hazırdır və çoxlu sayda azərbaycanlıların yaşadıqları ölkələrə təqdim ediləcək", - Müslümov qeyd edib.

Onun sözlərinə görə, çərşənbə günü Bakıda DSMF və Moldova Milli Sosial Sığorta Xəzinədarlığı arasında ilkin qarşılıqlı yardım haqqında sazişin imzalanması gözlənilir.

"Moldova ilə saziş imzalanacaq. Sazişdə dəqiqliklə göstəriləcək ki, biz hansı sahələrdə əməkdaşlıq edəcəyik. Bundan sonra biz pensiya hüququnun qarşılıqlı tanınması haqqında sazişə keçə bilərik. Bu sazişdə yazılacaq ki, əvvəllər Moldovada yaşayan, sonradan Azərbaycana və əksinə köçən şəxslərə pensiya hansı formada və hansı məbləğdə ödəniləcək", - Müslümov qeyd edib.

Onun sözlərinə görə, indi belə sazişlərin Çexiya, Belarus, Rusiya ilə imzalanması barədə danışıqlar aparılır.

"Bizim artıq Ukrayna, Polşa və Almaniyanın sosial sığorta təşkilatları ilə belə sazişlərimiz var", - Müslümov vurğulayıb.

Onun sözlərinə görə, miqrasiya proseslərinin güclənməsi ilə əlaqədar DSMF-yə pensiyaların təyin edilməsi ilə bağlı müraciətlərin sayı artır.

"Məsələn, Rusiyada əvvəllər Azərbaycan vətəndaşları olmuş çoxlu şəxslər yaşayır. Onlardan biz pensiyanın təyin edilməsi ilə bağlı çoxlu sayda sorğular alırıq. Bu sorğulara müsbət cavab vermək çox böyük işdir. Buna görə sazişlərdə hansı sorğulara cavab verməyin lazım olduğu kriteriyalar göstərilməlidir", - Müslümov əlavə edib.

Xəbər lenti

Xəbər lenti