...

ASA-nın Hüquq komitəsi sığorta bazarında problem yaradan bəzi nüanslar və onların həlli yollarını müzakirə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2014 12:40 (UTC +04:00)
Azərbaycanın sığorta şirkətləri bəzi şübhəli hadisələrdə məsələnin daha yaxşı araşdırılması üçün polis orqanlarından hadisənin videogörüntülərinin alınmasını vacib sayır.
ASA-nın Hüquq komitəsi sığorta bazarında problem yaradan bəzi nüanslar və onların həlli yollarını müzakirə edib

Azərbaycan, Bakı, 6 mart /Trend/

Azərbaycanın sığorta şirkətləri bəzi şübhəli hadisələrdə məsələnin daha yaxşı araşdırılması üçün polis orqanlarından hadisənin videogörüntülərinin alınmasını vacib sayır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Hüquq komitəsinin iclasında bildirilib.

Məlumata görə, iclasda sığorta bazarında problem yaradan bəzi nüanslar və onların həlli yolları ilə bağlı məsələlər müzakirə olunub.

Komitənin rəhbəri, "Standard Insurance" şirkətinin idarə heyəti sədrinin müavini, Mustafa Abbasbəylinin sədrliyi ilə keçən iclasda 12 sığorta şirkətindən 12 nümayəndə iştirak edib. Müzakirə olunan 3 əsas məsələdən biri şirkətlərin müştərilərlə bağladığı müqavilələrin daha sadə və asan başa düşülən hala gətirilməsidir: "Belə ki, müqavilələrin hüquqi dildə və terminlərin çoxluğu ilə yazılması nəticəsində müştərilər onu tam başa düşməyə çətinlik çəkirlər". Müzakirələr zamanı İngiltərə təcrübəsindən istifadə təklif edilib. Orada müqaviləyə 1 vərəq əlavə olunur və bu vərəqdə həmin 5-6 vərəqlik müqavilədəki əsas nüanslar yığcam və sadə dildə izah olunur: "Sığorta fəaliyyəti haqda Qanun"a dəyişikliklər də göstərdi ki, bunun işlənib hazırlanmasına ehtityac var. İclasda qərara alındı ki, bütün sığorta şirkətləri üçün ümumi izahat hazırlansın".

İclasda müzakirə olunan məsələlərdən biri də sənədləşmə məsələlərində yaranan çətinliklərlər, xüsusilə də polisdən müvafiq arayışın gec alınması olub: "Arayışların polisdən onlayn qaydada verilməsi ilə bağlı mexanizm var, amma hələ də bu sistem işləmir. DİN-dən bildirilib ki, burda texniki problemlər var, o səbəbdən hələlik sistem işləmir. Bu da, proseduru uzadır və bununla bağlı ödənişlər də gecikir, nəticədə sığortalananlar narazı qalır".

ASA sədri bildirib ki, müzakirəyə çıxarılan ən vacib məsələlərdən biri də "Sığorta fəaliyyəti haqqında" qanuna son dəyişikliklər nəticəsində sığortaçıların prosesə nəzarət etməsi, yəni hadisələri araşdırmada tərəf kimi iştirak imkanları məhdudlaşdırılması ilə bağlı olub. Bununla bağlı qərara alınıb ki, bəzi şübhəli hadisələrdə videogörüntülərin alınması üçün polis orqanlarına müraciət hazırlansın.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti