...

Azərbaycanda ev təsərrüfatlarında ən çox hansı məhsul istehsal olunur? (SİYAHI)

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2015 16:35 (UTC +04:00)
Azərbaycanda ev təsərrüfatları tərəfindən istehsal olunan əsas məhsullar açıqlanıb.
Azərbaycanda ev təsərrüfatlarında ən çox hansı məhsul istehsal olunur? (SİYAHI)

Azərbaycan, Bakı, 8 aprel /Trend/

Azərbaycanda ev təsərrüfatları tərəfindən istehsal olunan əsas məhsullar açıqlanıb. Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

2014-cü ilin oktyabr-noyabr aylarında Komitə tərəfindən ölkənin bütün rayonlarını əhatə etməklə "Ev təsərrüfatlarının sənaye fəaliyyətinin öyrənilməsinə dair" birdəfəlik statistik müayinə keçirimlişdi.

Müayinəyə 9579 ev təsərrüfatı cəlb edilib. Ev təsərrüfatlarından 5559-u (58,0 faiz) şəhər, 4020-si (42,0 faiz) isə kənd yaşayış məntəqələrini əhatə edib.

İl ərzində ev təsərrüfatları tərəfindən istehsal olunan əsas məhsullar:

- emal edilmiş süd - 418,5 min ton;
- təzə çörək - 392,1 min ton;
- ət istehsalı (quş əti daxil olmaqla) - 137,6 min ton;
- süd məhsulları - 102,5 min ton;
- meyvə və tərəvəz konservləri - 43,4 min ton;
- kompot - 40,9 min ton;
- mürəbbə və cem - 32,5 min ton;
- tort, pirojnalar və digər şirniyyat məmulatları - 28,8 min ton;
- meyvə və üzümdən alınan spirt - 94,1 min dekalitr;
- şərab - 59,5 min dekalitr;
- xalça və xalça məmulatları - 1,0 min kv.metr.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti