...

Qəzvin-Rəşt dəmir yolu 2017-ci ildə istismara veriləcək (ƏLAVƏ OLUNUB 2)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2016 11:31 (UTC +04:00)

Bakı. Maksim Tsurkov - Trend:

Qəzvin-Rəşt dəmir yolu 2017-ci ilin iyul ayında istismara veriləcək.

Trend-in məlumatına görə, bunu İranın Dəmir Yolları İdarəsinin rəhbəri Möhsün Pur Seyid Ağayi Bakıda bu gün keçirilən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi: yeni istiqamətlər, inkişaf və perspektivlər" mövzusunda keçirilən forumda bildirib. O qeyd edib ki, Rəşt-Astara dəmir yolunun tikintisi isə 2016-cı ilin birinci yarısında başlayacaq və gözlənilir ki, 2019-cu ildə başa çatacaq: "Rəşt-Qəzvin-Astara 1.5 milyard dollar investisiya tələb edir, lakin İran hökümətinin prioriteti olaraq qalır və ona lazim olunan vəsait, İran tərəfindən təmin olunub".

İran rəsmisi qeyd edib ki, hazırda dünya iqtisadiyyatına inkişaf lazımdır, halbuki dünyanın bir çox ölkələri resessiya ilə qarşı-qarşıyadırlar: "Belə halda, tranzit yollarının qısalması, xərclərin azalması və yüklərin az zamanda daşınılması dünya iqtisadiyyatına töhfə verə bilər. Bunun üçün isə İran öz beynəlxalq missiyasını bilir və üzərinə düşən öhdəlikləri yerinə yetirəcək. Hazırda neftin qiymətinin düşməsi ilə əlaqədar qarşılaşdığımız iqtisadi təzyiqlərə baxmayaraq, İrandan keçən tranzit layihələrinin gerçəkləşdirilməsi ilə bağlı üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetirməyə bizim imkanımız var".

x x x

Onun sözlərinə görə, İran həmçinin, Azərbaycan və Gürcüstanla birlikdə yeni bir müvəqqəti layihə üçün müzakirələr aparır: "Bunun üçün 2 variant nəzərdə tutulub. Birincisi, İran və Astaranın dəmir yollarının birləşdirilməsidir. Azərbaycan və İran üzərinə öhdəlik götürüb ki, 2016-ci ilin sonuna qədər bu işi həyata keçirsinlər. Beləliklə, İranın cənubunda yerləşən Bəndər Abbasdan Qəzvinə qədər yüklər dəmir yolları vasitəsilə gətiriləcək və oradan Astaraya kimi digər vasitələrlə yüklər daşınacaq. Astaradan da Azərbaycan dəmir yolları vasitəsi ilə nəql olunacaq".

İran rəsmisi sonra əlavə edib ki, ikinci variant isə İranın Əmirabad limanı vasitəsi ilə yüklərin daşınmasıdır: "Belə ki, dörd aya kimi, bu dəniz limanında vaqonlardan yükləri birbaşa gəmiyə vurmaq üçün şərait yaradılacaq. Yüklər Bəndər Abbasdan Əmirabad limanına göndəriləcək, burada vaqonlar gəmiyə daşınacaq və yüklər Azərbaycanın Ələt limanına çatdırılaraq yenidən dəmir yolları vasitəsilə Gürcüstana daşınacaq. Oradan isə Qara Dənizə göndəriləcək. Hər iki variant müvəqqəti icra olunacaq, o zamana qədər ki, Qəzvin-Rəşt-Astara dəmir yolu tikintisi başa çatacaq. Bu layihə başa çatsa, onun illik yükdaşıma qabiliyyəti ən azı 10 milyon ton olacaq".

x x x

İran rəsmisi qeyd edib ki, bu gün bütün iştirakçı ölkələrin aidiyyatı orqanları ilə lazım olan məsələlərin müzakirəsini aparmağa çalışırıq: "Həmçinin, Hindistandan Avropaya kimi ortaq tariflər üzərində razılığa gələk. İran tərəfi yük daşımaları ilə bağlı tariflərlə əlaqədar hər cür endirim etməyə hazırdır. Gözlənilir ki, gələn həftə İrana qarşı sanksiyalar ləğv olunacaq və beləliklə, banklar vasitəsilə köçürülmələr, sığorta və digər problemlər aradan qaldırılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti