...

AVQUSTDA BBVB-DƏ HƏRRACLARIN HƏCMİ 32,673 MLN TƏŞKİL EDİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Sentyabr 2005 16:22 (UTC +04:00)

Bakı banklararası valyuta birjası 2005-ci ilin avqustunda valyuta seksiyasında hərracların yekunlarına görə birja bazarında aparıcı operator-bankların beşliyini müəyyən edib.

BBVB-dən Trend ə bildirildiyi kimi, Azərbaycan Beynəlxalq Bankı, "Bank of Baku" və "Rabitəbank" səhmdar-kommersiya bankları, "Koçbank-Azərbaycan" qapalı tipli kommersiya bankı və "Azəriqazbank" səhmdar-investisiya bankı ilə bağlanmış sazişlərin valyuta seksiyasında hərracların ümumi dövriyyəsindəki payına uyğun olaraq onlar birja valyuta bazarında lider bankların sırasına daxildir.

2005-ci ilin avqustunda BBVB-nin valyuta seksiyasının hərraclarında 20 bank iştirak edib. Hesabat ayında BEST-də 23 hərrac sessiyası keçirilib və 94 sövdələşmə qeydiyyata alınıb. Avqustda dollar üzrə hərrac 152 mlrd 37 mln manat və ya $32,673 mln təşkil edib. RUR və EUR ilə sövdələşmənin həcmi 57,048 mln manat olub.

Keçən ayla müqayisədə valyuta seksiyasında hərracların həcmi avqustda 22.31%-ə enib. Bütövlükdə, BBIB-nin valyuta seksiyasının dövriyyəsi yanvar-avqust aylarında 453 milyonu keçib ki, bu da 2004-cü ilin analoji dövrü ilə müqayisədə 36,9% azdır.

BANKLAR

ÜMUMİ HƏCMDƏN HƏCM, %

Azərbaycan Beynəlxalq Bankı

56.17

Bank of Baku

11.51

Rabitəbank

10.10

Koçbank-Azərbaycan

6.57

Azəriqazbank

4.55


Xəbər lenti

Xəbər lenti