...

SOCAR şirkətləri çirklənmiş torpaqların təmizlənməsi üzrə təkliflərini bölüşməyə çağırır

Energetika Materials 3 Noyabr 2008 19:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 noyabr/ Trend , müxbir A.Bədəlova/ SOCAR şirkətinin (Azərbaycanın Dövlət Neft Şirkəti) Ekologiya İdarəsi şirkətləri, komitə və xarici təşkilatları çirklənmiş torpaqların təmizlənməsi perspektivləri üzrə təkliflərini bölüşməyə çağırır.

Bazar ertəsi Bakıda SOCAR-ın Ekologiya İdarəsinin təşkil etdiyi "Çirklənmiş torpaqların təmizlənməsi - təklif edilən üsullar" mövzusunda ikigünlük konfrans işə başlayıb. Konfransda müxtəlif təşkilatların 140 nümayəndəsi iştirak edir.

"Konfransın vacibliyi ondan ibarətdir ki, Azərbaycanda baş verən ekoloji proseslər xeyli maraq cəlb edir", - SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Muxtar Babayev bildirib.

"Çirklənmə səviyyəsi hər yerdə müxtəlif olduğundan, hər ərazinin özünün təmizlənmə üsulunu hazırlamaq lazımdır", - Babayev bildirib. Onun sözlərinə görə, təmizləmə prosesi xeyli maliyyə vəsaiti, vaxt və səy tələb edir.

Vitse-prezidentin sözlərinə görə, dünyada neftin qiymətinin düşməsi narahatlıq doğurur. "Ola bilsin, realizəsi planlaşdırılan bəzi layihələr təxirə salınacaq", - layihələrin adlarını konkretləşdirməyən Babayev bildirib.

Konfransda çıxış edən SOCAR şirkəti Ekologiya İdarəsinin rəhbəri Azər Əliyevin sözlərinə görə, ölkənin daha çox çirklənmiş rayonları aşağıdakılardır: Qaradağ  - 1277 ha, Binəqədi - 183 ha, Suraxanı - 533 ha, Əzizbəyov - 302 ha, Sabunçu - 410 ha.

Bir hektar çirklənmiş ərazinin təmizlənməsinə təxminən 100-200 min dollar tələb olunur, - Əliyev əlavə edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: с[email protected]

Xəbər lenti

Xəbər lenti