...

ARDNŞ DESFA-nı dövlət vəsaitləri hesabına alacaq

Energetika Materials 17 Sentyabr 2013 13:44 (UTC +04:00)
Yunanıstanın DESFA şirkətinin payının ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) tərəfindən əldə olunması dövlət vəsaitləri hesabına həyata keçiriləcək.
ARDNŞ DESFA-nı dövlət vəsaitləri hesabına alacaq

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir E.İsmayılov/

Yunanıstanın DESFA şirkətinin payının ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) tərəfindən əldə olunması dövlət vəsaitləri hesabına həyata keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə açıqlamasında ARDNŞ-in iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

Qasımov vurğulayıb ki, Yunanıstan şirkətinin aktivlərinin 400 milyon avro müqabilində alınması ARDNŞ-in nizamnamə kapitalının artırılması hesabına təmin ediləcək: "DESFA şirkəti investisiya layihəsi kimi çox cəlbedicidir. Biz hesab edirik ki, bu layihənin gəlirliyi həm ARDNŞ, həm də dövlət üçün qənaətbəxş olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti