...

ABŞ Azərbaycandan neft məhsullarının idxalını artırdı

Energetika Materials 31 Oktyabr 2014 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir Emil İsmayılov/

2014-cü ilin yanvar-avqust aylarında ABŞ Azərbaycandan 359 min barel neft məhsulları idxal edib. 2013-cü ilin analoji dövründə bu göstərici 336 min barel təşkil edib. Bu barədə Trend ABŞ-ın Dövlət Enerji İnformasiya İdarəsinə (EIA) məlumat verir.

Avqustda ABŞ 275 min barel neft məhsulları idxal edib. 2013-cü ilin avqustunda isə bu göstərici 168 min barel idi.

Məlumata görə, idxal edilmiş məhsulların bütün həcmi neft-kimya sənayesində xammal kimi istifadə olunan naftanın payına düşür.

ABŞ 2013-cü ildə Azərbaycandan 366 min barel neft məhsulları idxal etmişdi. 2012-ci ildə bu rəqəm 46 min barel idi.

2009-cu ildən davam edən uzunmüddətli aralıqdan sonra ABŞ inişil Azərbaycandan neft məhsullarının tədarükünü bərpa edib. 2008-ci ildə ABŞ-a 308 min barel Azərbaycan istehsallı neft məhsulları tədarük olunub.

Qeyd edək ki, Azərbaycanda neft məhsulları iki neft emalı zavodunda (NEZ) istehsal olunur. Həmin zavodların ümumi gücü ildə 16 milyon ton təşkil edir. Hər iki NEZ ARDNŞ-nin balansındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti