...

ABŞ Azərbaycan neftinin idxalını azaldıb

Energetika Materials 1 Fevral 2015 12:00 (UTC +04:00)
2014-cü ilin yanvar-noyabr ayında ABŞ Azərbaycandan 8,4 milyon barelə yaxın neft idxal edib.
ABŞ Azərbaycan neftinin idxalını azaldıb

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir Emil İsmayılov/

2014-cü ilin yanvar-noyabr ayında ABŞ Azərbaycandan 8,4 milyon barelə yaxın neft idxal edib. Bu göstərici 2013-cü ilin analoji dövründə 9,37 milyon barel təşkil edib. Trend xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Enerji İnformasiyaları İdarəsinin (EIA) məlumatında deyilir.

Məlumatda bildirilir ki, 2014-cü ilin noyabr ayında ABŞ 1,05 milyon barelə yaxın neft idxal edib. 2013-cü ilin analoji dövründə ABŞ Azərbaycandan neft ixrac etməyib.

2013-cü ildə ABŞ Azərbaycandan 10,41 milyon barel neft idxal edib. 2012-ci ildə bu göstərici 8,83 milyon barel olub.

Azərbaycan neftinin nəql edildiyi əsas ixrac marşrutu nefti Türkiyənin Ceyhan limanına çatdıran "Bakı-Tbilisi-Ceyhan" boru kəməridir.

Azərbaycanın yüngül nefti, həmçinin "Bakı-Supsa" boru kəməri ilə Gürcüstanın Supsa limanına çatdırılır və oradan nəql edilir.

Neft, həmçinin Bakıdan dəmiryol vasitəsilə Gürcüstanın Batumi Qara dəniz limanına və "Bakı-Novorossiysk" boru kəməri ilə Novorossiysk limanına çatdırılaraq nəql edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti